Modern.az

Rusiyada azərbaycanlıların quldur dəstəsi tutuldu

Rusiyada azərbaycanlıların quldur dəstəsi tutuldu

30 Yanvar 2017, 17:47

Sankt-Peterburq şəhərinin ən böyük meyvə-tərəvəz anbarlarından biri olan Sofiysk anbarında uzun illər reketçilik, soyğunçuluq və quldurluqla məşğul olan azərbaycanlılardan ibarət etnik qruplaşma ifşa olunub. Modern.az xəbər verir ki, qruplaşmanın cinayət işi artıq Peterburq məhkəməsinə verilib.

 

Novruz Məmmədovun başçılıq etdiyi cinayətkar dəstəyə Elvin Əhmədov, İsrail İbadullayev, Mübariz Məmmədov, Eldar Qasımov, Sadiq Kərimov və Rəhim Mirzəyev daxil olub.

 

Şəmkirin Şiştəpə kəndindən olan qrup üzvləri “qəsdən sağlamlığa ağır zərər vurma”, “adam oğurluğu”, “hədə-qorxu gəlməklə pul tələb etmə” və s. maddələrlə ittiham olunur.

 

Quldurluqla məşğul olan qruplaşma əsasən öz yerlilərindən olan biznesmenlərdən pul alırdılar.

  

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı