Modern.az

Türkiyə-İsrail 6 ildən sonra siyasi məsləhətləşmələrə başlayır

Türkiyə-İsrail 6 ildən sonra siyasi məsləhətləşmələrə başlayır

30 Yanvar 2017, 21:38

Türkiyə və İsrail arasında 6 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək.

Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır. Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir