Modern.az

Meksika İsrailin üzr istəməsini gözləyir

Meksika İsrailin üzr istəməsini gözləyir

30 Yanvar 2017, 22:24

Rəsmi Tel-Əviv baş nazir Benyamin Netanyahunun sözlərinə görə, Meksikadan üzr istəməlidir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Luis Videqaray bildirib.

Nazir vurğulayıb ki, ölkəsi baş nazirin açıqlaması ilə bağlı izahat, ən yaxşısı isə üzr istənilməsini gözləyir.

Qeyd edək ki, bundan əvvəl Benyamin Netanyahu Donald Trampın Meksika ilə sərhəddə divar tikmək niyyətini gözəl ideya adlandırıb. Baş nazir bildirib ki, vaxtilə ölkəsinin Misirlə sərhədi bağlaması Afrikadan miqrasiya axınının tamamilə qarşısını alıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?