Modern.az

100-dən çox insanın başını kəsən İŞİD cəlladı öldürülüb

100-dən çox insanın başını kəsən İŞİD cəlladı öldürülüb

30 Yanvar 2017, 22:37

İŞİD-in baş cəlladı İraqda naməlum şəxslər tərəfindən öldürülüb. Modern.az saytı xəbər verir ki, "Report"un "The Daily Mail"ə istinadən məlumatına görə, naməlum silahlı dəstə İŞİD-in məşhur cəlladı Əbu Səyyafı məhv edib.

Onu Mosulun qərbindəki əl-Davas ərazisində pusquya salaraq məhv ediblər. İŞİD üzvü bir neçə bıçaq zərbəsi alaraq həmin yerdəcə ölüb.

Başqa bir məlumata görə isə, Əbu Sayyaf pusquya düşərək güllələnib.

Qeyd edək ki, Əbu Sayyaf terrorçu fəaliyyəti dövründə 100-dən çox insanın başını kəsib. O, həmçinin İŞİD-in Neynava vilayətindəki bölməsinin başçısı idi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?