Modern.az

Tramp "Türk Hava Yolları"nı zərərə salıb

Tramp "Türk Hava Yolları"nı zərərə salıb

Dünya

31 Yanvar 2017, 00:29

"Türk Hava Yolları" aviaşirkəti prezident Donald Trampın fərmanı nəticəsində ABŞ-a uçuşu qadağan edilən ölkə vətəndaşlarının pulunu geri qaytarır. Modern.az saytı xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişinlər bileti geri qaytara və ya dəyişə bilərlər:"Biletlər kassada heç bir əlavə ödəniş olmadan dəyişdirilir və ya heç bir məbləğ tutulmadan geri qaytarılır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın cümə günü imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a gəlməsi qadağan edilib. Bu fərmandan sonra İstanbulun Atatürk hava limanından ABŞ-a uçmalı olan həmin ölkə vətəndaşlarının enişinə icazə verilməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır