Modern.az

Poroşenko Almaniya səfərini yarımçıq qoyub

Poroşenko Almaniya səfərini yarımçıq qoyub

Dünya

31 Yanvar 2017, 00:44

Donbasda vəziyyətin gərginləşməsi Ukrayna prezidenti Petro Poroşenkonu Almaniyaya səfərini yarımçıq qoymağa məcbur edib. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

 

Qeyd edək ki, ötən gün Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib. Şəhərin sənaye zonasının atəşə tutulması nəticəsində yerli əhali işıqsız və susuz qalıb.

 

Ukrayna müdafiə nazirliyinin məlumatına əsasən, ötən gün separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Döyüşlər fasiləsiz olaraq 19 saat davam edib, hücum dəf edilib. Baş verən toqquşmalarda 4 Ukrayna hərbçisi həlak olub, 9-u yaralanıb. Separatçılar isə 15 nəfər itirib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?