Modern.az

Qambiyanın adı dəyişdirilir – İslam sözü çıxarılır

Qambiyanın adı dəyişdirilir – İslam sözü çıxarılır

Dünya

31 Yanvar 2017, 11:21

Prezident seçkilərinin ardından başlayan və bütün dünyanın marağına səbəb olan siyasi prosesi geridə qoyan Qambiya, bu dəfə də ad dəyişikliyi ilə gündəmə gəlib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qambiya Prezidenti Barrov, “Qambiya İslam Respublikası” adını dəyişdirmə qərarı alıb.

 

Barrov açıqlamasında, əhalisinin 90 faizi müsəlman olan Qambiyada xristian və animistlərin (Afrika ölkələrində qəbul edilən inanc) də yaşadığına diqqət çəkərək, ölkənin adının Qambiya Respublikası olacağını bildirib.

 

Qeyd edək ki, eks-prezident Jammeh, 2015-ci ildə  ölkəsinin İslam dövləti olduğunu bildirmişdi.  “Qambiyanın taleyi, ulu Allahın əlindədir. Bu gündən etibarən Qambiya bir İslam dövlətidir. Vətəndaşlarımızın haqlarına hörmət edən bir İslam dövləti olacağıq”-deyə bildirmişdi.

 

Qafar Ağayev

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir