Modern.az

Orta məktəbdə şagirdlərə dərsə maskalı gəlmək tapşırılıb

Orta məktəbdə şagirdlərə dərsə maskalı gəlmək tapşırılıb

6 Noyabr 2009, 17:43

Bakı, Gəncə və Sumqayıtın orta ümumtəhsil məktəblərində A(H1N1) virusu (“donuz qripi”) əleyhinə dezinfeksiya tədbirləri yenicə başa çatıb. Lakin son günlər xəstəliyə yoluxmanın artması bəzi təhsil müəssisələrinin rəhbərlərini əlavə tədbirlərə əl atmağa məcbur edib. Bakıdakı əksər ümumtəhsil müəssisələrində müəllimlər şagirdlərdən tələb ediblər ki, çantalarına yaş və quru dəsmallar alıb qoysunlar. Xətai rayonundakı 63 saylı orta məktəbdə isə müəllimlər şagirdlərə tapşırıblar ki, birinci gündən dərsə maskalı gəlsinlər. Bu barədə Modern.az-a övladları həmin məktəbdə təhsil alan valideynlər məlumat veriblər. Müəllimlər isə bunu xəstəliyə yoluxmamaq üçün atılan növbəti addım adlandırıblar. Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Firudin Həmzəyev saytımıza bildirib ki, paytaxtdakı şagirdlərin dərsə maskalı gəlmələri

üçün orta məktəblərə

hər hansı rəsmi göstəriş verilməyib: "Məktəblərdə dezinfeksiya işləri aparılıb. Ancaq şagirdlərin dərsə maska taxıb gəlməsi barədə Təhsil İdarəsi tərəfindən tapşırıq yoxdur. Yəqin bu qərarı həmin məktəbin öz rəhbərliyi qəbul edib. Burada qəribə heç nə yoxdur. İnfeksion xəstəlikdən qorunmaq üçün verilən bir göstərişdir”.

Xatırladaq ki, Azərbaycanda "donuz qripi" ilk dəfə bu ilin iyun ayında 2 nəfərdə aşkarlanmışdı. Həmin xəstələrin müalicəsi müsbət nəticələndi. Noyabrın 4-5-də isə 3 nəfərdə bu qripə yoluxma qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər