Modern.az

Qəddafi NATO-nu Hitlerlə müqayisə edib

Qəddafi NATO-nu Hitlerlə müqayisə edib

29 Mart 2011, 13:48

Liviya lideri Müəmmər Qəddafi ölkəsindəki hərbi əməliyyatları dayandırmaq üçün dünya ictimaiyyətinə müraciət edib. Beynəlxalq koalisiya daxil olan ölkələrin rəhbərlərinə ünvanlanan məktubda Müəmmər Qəddafı onların hərəkətlərini “vandalizm” adlandırıb. O eyni zamanda NATO-nun bombardmanlarını Adolf Hitlerin əməllərinə bənzədib.

Qeyd edək ki, bu gün Londonda Liviyadakı vəziyyətlə bağlı sammit keçirilir. Sammitdə 35 ölkə, o cümlədən yeddi ərəb dövləti iştirak edir.

Liviyada hərbi əməliyyatlar isə martın 19-dan başlayıb və beynəlxalq müdaxilə BMT-nin sanksiyaları əsasında həyata keçirilir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!