Modern.az

Azərbaycanda benzin yenidən bahalaşdı

Azərbaycanda benzin yenidən bahalaşdı

Ölkə

1 Fevral 2017, 09:25

Ötən gecədən Azərbaycanda bəzi benzin markalarının qiyməti yenidən bahalaşıb. Modern.az saytı xəbər verir ki, bahalaşma “Aİ-95 Premium" və “Aİ-98 Super" markalı benzin növləri ilə bağlıdır.

SOCAR-dakı mənbələr qeyri-rəsmi olaraq bunu həmin markadan olan benzinin ölkəyə xaricdən idxal olunması və dolların bahalaşmasıyla əlaqələndiriblər.

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiymətinin isə hələ ki dəyişməyəcəyi bildirilib. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir."Aİ-92" 0,70 AZN, L-62 isə 0,60 AZN-ə satılır.

Xatırladaq ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95 Premium" markalı benzinin qiymətində artım baş vermişdi.

Bu gün "Aİ-95 Premium" markalı benzinin qiyməti 1,15 AZN,  “Aİ-98 Super"inki isə 1.20 AZN-dir. Hər iki markadan olan benzin 10 qəpik bahalaşıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?