Ermənistan Milli Statistika Xidməti 2017-ci il 1 yanvar tarixi üçün ölkədə daimi əsasda yaşayan vətəndaşların sayını açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkə sakinlərinin sayı 2016-cı il yanvarın 1-i ilə müqayisədə 12,1 min nəfər azalaraq 2,986,500 nəfərə qədər azalıb.
Ötən il ölkəni tərk edənlərin 5,3 min nəfəri şəhər, 6,8 min nəfəri isə kənd sakini olub.
Xatırladaq ki, bu göstərici Ermənostan əhalisinin 1978-ci ikldəki sayı ilə eynilik təşkil edir.
Vüqar İSMAYILOV