Modern.az

Qəddafinin Liviyadan qaçırılması üçün plan hazırlanıb

Qəddafinin Liviyadan qaçırılması üçün plan hazırlanıb

Dünya

29 Mart 2011, 15:33

İtaliya Müəmmər Qəddafini Afrika dövlətlərindən birinə keçirmək üçün qaçış planı hazırlayır. Modern.az RBK portalına istinadən bildirir ki, İtaliyanın xarici işlər naziri Franko Frattini Liviya liderini atəşi dayandırmağa və bunun müqabilində Qəddafini təhlükəsizliyinə təminat vermək şərti ilə ölkədən çıxmağa çağırıb.
Nazir həmçinin deyib ki, Afrika İttifaqı qaçqın polkovnikin qəbulu üçün  üçün lazımi təkliflərini hazırlayacağına ümid edir.
Bu gün ABŞ, İngiltərə, Fransa və Almaniya Liviya ətrafında vəziyyəti müzakirə etəmək üçün videokonfrans keçiriblər.
“Qəddafi hakimiyyətdən əl çəkməlidir. Liviya xalqı öz gələcəyini özü müəyyən etməlidir”-deyə danışıqların yekununda yayılan bəyanatda vurğulanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu