Modern.az

Yaşamaq üçün ən yaxşı ölkələr - Yeni REYTİNQ

Yaşamaq üçün ən yaxşı ölkələr - Yeni REYTİNQ

Dünya

1 Fevral 2017, 14:35

İnsanların başqa ölkələrə köçərək işləməsini təmin edən İnterNations təkşilatı ən yüksək yaşam standartları olan 21 ölkənin reytinqini tərtib edib.

 

Modern.az təşkilatın rəmsi səhifəsinə isrtinadən xəbər verir ki, 43 kriteriya, o cümlədən təhlükəsizlik, istirahət, səhiyyə üzrə seçilən ölkələrə 1-dən 7 bala qədər qiymət verilib.

 

Dünyanın 191 ölkəsində yaşayan 14300 nəfər arasında keçirilən sorğuya əsasən, ən yaşamalı ölkə Tayvan seçilib. Bu ölkədə səhiyyə xidmətlərinin keyfiyyəti çox yüksək qiymətləndirilib.

 

Növbəti pillələrdə nəqliyyat infrastruktunun yüksək inkişaf etdiyi Avstriya, Yaponiya, İspaniya və Kosta-Rika daxil olub. 21 ölkə arasında ən sonuncu pilləni isə Danimarka tutub.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir