Modern.az

Qubad İbadoğlu: “Yerli benzinin bahalaşmasına zəmin yaradılır”  

Qubad İbadoğlu: “Yerli benzinin bahalaşmasına zəmin yaradılır”    

1 Fevral 2017, 15:10

“İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu Azərbaycanda xaricdən idxal olunan “Aİ-95 Premium" və “Aİ-98 Super" markalı benzin növlərinin dünənki bahalaşmasına münasibət bildirərkən deyib.

“Bildiyiniz kimi, bugünkü bahalaşmadan sonra Azərbaycana idxal olunan premium markalı benzin 1 manat 15 qəpik , “Super” markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, “Super” markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağının qiymətindən 2 dəfə, “A-92” markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə, bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır. Çünki, inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra “A-92” benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan “A-92”, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır. Beləliklə də ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir”.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir