Modern.az

Milli Məclis təhsil məsələlərinə yenidən baxacaq

Milli Məclis təhsil məsələlərinə yenidən baxacaq

1 Fevral 2017, 15:32

“Peşə təhsili ilə bağlı məsələ birinci oxunuşdan keçəndən sonra orta  ümumtəhsil məsələləri də müzakirəyə çıxarılacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.


O, həmçinin, bu gün Milli Məclisdə 7 il bundan qabaq qəbul olunan “Təhsil haqqında” qanun layihəsinin müzakairəyə çıxarılması barədə də danışıb.

“Bundan sonra orta ümumtəhsil məktəbləri, uşaq bağçaları ali təhsillə bağlı məsələlərin də qəbul edilməsi bura şamil olunur. Artıq  bağçalarla bağlı məsələ Milli Məclisin birinci oxunuşundan keçib. Peşə təhsili ilə bağlı məsələ üzərində də iş gedir.

Milli Məclisdə qeyd olunan məsələlər komitənin gündəmindədir. Elm və təhsil komitəsi, qaldırılan bütün  məsələlərlə bağlı müvafiq sənədlər toplayıb və işə başlayacaq”.


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir