Modern.az

Azərbaycanda tanınmış karate məşqçisi ölüb

Azərbaycanda tanınmış karate məşqçisi ölüb

Allah rəhmət eləsi̇n

1 Fevral 2017, 16:20

Azərbaycanın karate üzrə əməkdar məşqçisi Rövşən Veysəlov faciəvi hadisənin qurbanı olub. Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxın dostları bildiriblər.

Məlumata görə, 47 yaşlı məşqçi bir neçə gün öncə Sumqayıtdakı evində qaz sızmasından baş verən partlayış nəticəsində ağır xəsarətlər alıb. Bu gün isə xəstəxanada vəfat edib.

Rövşən Veysəlov Qarabağ müharibəsinin veteranı idi.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!