Modern.az

Oqtay Əsədovdan deputatlara XƏBƏRDARLIQ

Oqtay Əsədovdan deputatlara XƏBƏRDARLIQ

1 Fevral 2017, 16:52

“Günün birinci yarısında deputatların çoxu burda idi. Günün ikinci yarısında isə  bəzi deputatlar iclasda yoxdur”.

 Modern.az saytının məlumatına görə, bunu Milli Məclis sədri Oqtay Əsədov bildirib.

“Kimi dindirirsən, deyir ki, görüşüm, işim var idi. İndi necə edək? Günün ikinci yarısında qeydiyyat aparaq ki, kim burdadır, kim yox? Xahiş edirəm, gəlin bir-birimizə hörmət edək. Səni bura kimsə zorla deputat seçməyib ki? Bizim işimiz Milli Məclisdədir axı!”-deyə O. Əsədov iradını bildirib.

 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır