Modern.az

Ukraynada yenidən sabitlik yarana bilər

Ukraynada yenidən sabitlik yarana bilər

1 Fevral 2017, 21:24

Ukraynada yenidən sabitlik yarana bilər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ATƏT-in xüsusi nümayəndəsi Martin Saydikin sözlərinə görə, Donbasda münaqişə tərəfləri razılığa gələ bilib: “Münaqişə tərəfləri fevralın 5-dək silahları geri çəkməyə razılaşıblar. Lakin Ukrayna üzrə təmas qrupunun son bəyanatında atəşkəsin pozulmasına görə hər hansı sanksiya nəzərdə tutulmayıb. Təmas qrupunun iclasında əsas mövzu təhlükəsizliyin bərpası olub”.

Qeyd edək ki, Donbas regionunda son günlər vəziyyət gərginləşib. Tərəflər atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?