Modern.az

Prezidentin ölümünü xəbər verən münəccim həbs edilib

Prezidentin ölümünü xəbər verən münəccim həbs edilib

Dünya

2 Fevral 2017, 11:16

Şri-Lanka polisi ölkə prezidenti Maytripala Sirisenanın yanvarın axırında öləcəyini öncədən söyləyən münəccimi saxlayıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, Vidjitha Rohana Vidjemuni sosial şəbəkədə yaydığı videoda bəyan edib ki, Sirisena yanvarın 27-də bədbəxt hadisə, yaxud xəstəlik səbəbindən həyatdan köçəcək.

Prezident ölmədikdə münəccim proqnozunda düzəliş edib.

Yenilənmiş versiyaya görə, Sirisena oktyabr ayına qədər ölməlidir.

Münəccimin bu inadı hakimiyyət məmurlarını qəzəbləndirib. Onlar münəccimi dövlət çevrilişinə, yaxud prezidentin həyatına sui-qəsd hazırlığında ittiham edərək polisə müraciət ediblər.

Polis belə nəticəyə gəlib ki, münəccim prezident barəsində xoşagəlməz məlumatlar yayıb.

O, yanvarın 31-də axşam saxlanılıb, fevralın 1-də girov müqablində azadlığa buraxılıb.

52 yaşlı Vidcemuni keçmiş dənizçi, indisə kifayət qədər ölkədə tanınan münəccimdir.

O 1987-ci ildə Hindistanın baş naziri Raciv Qandiyə qarşı sui-qəsdə cəhdə görə tutulub və 2,5 ildən çox həbsxanada yatıb.

Vidcemuni həbsxanadan çıxandan sonra siyasətlə məşğul olub, parlamentə seçilmək üçün namizədliyini irəli sürüb, sonradan isə münəccimliyə başlayıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı