Modern.az

ATV-də yeni təyinat: Turan İbrahimova vəzifə verilib

ATV-də yeni təyinat: Turan İbrahimova vəzifə verilib

1 Fevral 2017, 21:45
Azad Azərbaycan Teleşirkətində (ATV) yeni təyinat olub. Bu barədə ATV-nin İctimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu özünün Facebook səhifəsində yazıb. O, bildirib ki, indən sonra ATV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etməyəcək. Bu vəzifəyə Turan İbrahimov təyin edilib.
 
 "Əziz FB dostlarım və çox hörmətli jurnalist həmkarlarım. Dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarnıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi, hazırda da ATV-nin İçtimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru və "HəftəSonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız".



Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür