Modern.az

Bakıda yeni və köhnə mənzillər arasındakı qiymət fərqi kəskin azalıb

Bakıda yeni və köhnə mənzillər arasındakı qiymət fərqi kəskin azalıb

2 Fevral 2017, 13:54

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində 2013-cü ildən 2016-cı ilin sonuna kimi təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı olan qiymət fərqi 3% təşkil edib.

Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – “stalinka”, “xruşovka”, “brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardı.


“Ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı olan qiymət fərqi 15-20% təşkil edirdi. Hal-hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilə kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən ilə azalır. Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin  yeni tikili mənzillərdən 16%  bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman – tələbatın qlobal dəyişməsinə səbəb ola bilər – yəni ki, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, lakin köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”,-deyə qurum Modern.az-a verdiyi açıqlamada bildirib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı