Modern.az

Ermənilərin əlinə keçən Azərbaycan vətəndaşı barədə rəsmi məlumat yayıldı

Ermənilərin əlinə keçən Azərbaycan vətəndaşı barədə rəsmi məlumat yayıldı

2 Fevral 2017, 14:35

Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə Modern.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür