21 iyul 2017, Cümə
Ana Səhifə - REPORTAJ - Primakov: “Bakıdakı çıxışıma Quran oxumaqla başladım... Rəhim Qazıyev mənə mane oldu”
Primakov: “Bakıdakı çıxışıma Quran oxumaqla başladım... Rəhim Qazıyev mənə mane oldu”
02.02.2017, 16:08

Keçmiş SSRİ və Rusiya siyasətinin patriarxı, SSRİ Ali Sovetinin sədri vəzifəsindən tutmuş müstəqil Rusiyanın baş naziri, xarici işlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postlarında çalışmış  mərhum Yevgeni Primakovun “Yolayrıcılarında görüş” xatirə kitabı çap olunub.


Modern.az saytı xəbər verir ki, kitabda Primakov keçdiyi həyat yolundan bəhs edərək, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və s. haqda hadisələrin də şahidi kimi müşahidələrini bölüşüb.

Modern.az Yevgeni Primakovun Bakı ilə bağlı xatirələrinin bir hissəsini ixtisarla təqdim edir:

“SSRİ Rəyasət Heyətinin iclasında mən Dağlıq Qarabağın  statusunun artırılaraq muxtar respublikaya çevirilməsini təklif etdim. O zamanlar həmin bölgənin statusu Dağlıq Qarabağ Muxtar Vilayəti idi.

Hələ SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclasına qədər, 1989-cu ilin yazında Moskvada Qarabağ hərəkatının 2 real lideri ilə görüşmüşdüm. Kommunist Partiyasının rəhbərlərindən biri ilə görüşə Robert Koçaryan və Maksim Mirzoyan gəlmişdi. Sonradan onlar mənim və həyat yoldaşımın sıx dostluq etdiyi Nami Mikoyan vasitəsilə təkbətək görüş istəklərini çatdırdılar. Mənim şəxsi mənzilimdə görüşdük. Dərhal soruşdum: açıq danışığa hazırsınızmı? Razılıq verdilər. Açıq və hərtərəfli danışıqlar zamanı təklif etdim ki, ən yaxşı həll varinatı Azərbaycan sərhədləri daxilində Qarabağa xüsusi statusun verilməsi olacaq. Əlavə etdim ki, Sumqayıtdakı hadisələrdən sonra Azərbaycan tərəfi bu varianta razıdır. Yeni statusun qarabağlılara böyük üstünlüklər vəd etdiyini bildirdim.

 

Maksim Mirzoyan xüsusi muxtariyyətin Qarabağ üçün həmin gün üçün ən yaşı varinat olması fikrinə tərəfdar idi, amma Koçaryan “Qarabağdakı xalqımız bunu qəbul etməyəcək” deyə etiraz etdi.

 

Dağlıq Qarabağ əhalisi Bakının inzibati-təsərrüaft idarəetməsinə qarşı çıxırdı. Azərbaycanlılara gəlincə,  onlar 1989-cu il yanvarın 12-də yaradılan Xüsusi İdarəetmə Komitəsinə qarşı çıxaraq, ərazi suverenliyinin pozulmasına etiraz edirdilər.

 

Mənim fikrimcə, Qarabağ münaqişəsinin həmin vaxtda çətinliyi mərhələli həll tələb edirdi.

Qorbaçova yaranmış vəziyyətlə bağlı təkliflərimi verərəkən “Əslində biz dəhşətli dərəcədə çox vaxt itirmişik”- deyə qeyd etmişdim.

 

Digər tərəfdən, Dağlıq Qarabağdakı situasiyaya görə 1989-cu ilin yayında Azərbaycanda vəziyyət kəskin dəyişdi. İyulun 16-da Bakıda Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis qurultayı keçirildi. AXC xalq arasındakı narazılıqdan məharətlə yararlanaraq, paytaxtda hakimiyyəti əlinə almağa və alternativ idarəetmə qurumları yaratmağa başlamışdı.

 

Yanvarın 14-də Litvadan qayıdan Qorbaçovla görüşdük. Aeroportda Kryuçkov ona Bakıdakı situasiya barədə məlumat verdi. “Ora Nazirlər Sovetinin müavinini göndərmək lazımdır” deyə Qorbaçov daha sonra fikrə gedərək, “qoy, 3 nəfər getsin: Primakov, Kommunist Partiyasının katibi Girenko və Nazirlər Kabinetinin sədr müavini Doqujiyev”.

 

Yanvarın 15-i səhər Bakıya yola düşdük ki, növbəti gün geri qayıdıb Siyasi Büroya hesabat verək. Bir neçə dəfə AXC lideri Əbülfəz Əliyev (gələcək prezident Elçibəy-red.), İsa Qəmbər, Pənah Hüseyn və Etibar Məmmədovla görüşdüm. Sovet hərbi hissələrinin mühasirəsinin dayandırılması və zorakılıqdan çəkinmə təkliflərimiz fayda vermədi.

Digər tərəfdən, vəziyyət gərginləşməyə doğru gedirdi. Yerləşdiyimiz Mərkəzi Komitənin binasının qarşısında hər gün mitinqlər olurdu. Mitinqlərin birində meydana hətta edam kürsüləri gətirmişdilər. Bir qrup etirazçı isə dəmir darvazaları silkələməyə başlamışdı. Bakının digər mərkəzi küçələrində də mitinqlər olurdu.

 

Mərkəzi Komitənin binasına yaxınlaşan bir qrup həkim qadın xalq qarşısında çıxış etməyimi istədi. Bəziləri məni çəkindirsələr də çıxış etmək qərarına gəldim. İndiki kimi yadımdadır ki, Etibar Məmmədov yanıma qaçaraq “Balkondan çıxış edin” deyə təklif verdi. Görünür ki, o, da kütləyə nəzarəti itirə biləcəyindən narahat idi. Lakin mən hamının çıxış etdiyi parapetdən xalqa səslənəcəyimi dedim. Qarşımda dayana “bronjilet”li azərbaycanlını hələ də unuda bilmirəm. Mühafizəmdə olan bütün şəxslər ətrafımda idi. Şərqşünas olduğum üçün kütləyə ilk olaraq Quran ayələrindən oxumaqla müraciət etdim.

Diqqətlə dinləyirdilər. Xatırlatdım ki, əgər kazarma və aeroportların mühasirəsi dayandırılsa, hakimiyyətlə heç bir qarşıdurma olamaycaq. Məhz bu anda, çıxış edənlə kütlə arasında inamın yaranmasından qorxan Rəhim Qazıyev mənim mikrofonuma qışqırdı: “Sizin qarşısında mafiya üzvü çıxış edir”. Bundan sonra mən müəyyən çətinliklə, yenidən binanın içinə qayıtdım.

 

Bu vaxt artıq Xalq Cəbhəsi Bakıda “fövqəladə vəziyyət” elan etmişdi. Şəhərin giriş və çıxışlarında onların patrulları avtomobilləri yoxlayırdı. Əmrlər Bakının taksomotor parkındakı radioəlaqə vasitəsilə çatdırılırdı.

 

Yanvarın 19-da Azərbaycanın 1-ci katibi Vəzirovla kabinetdə olarkən Qorbaçov zəng etdi. O, məlumat verdi ki, SSRİ Ali Şurasının Rəyasət Heyəti Bakıya qoşun yeridilməsi barədə qərar verib.

 

Mixail Sergeyeviçə hərbi əməliyyatlara rəhbərlik edə bilməyəcəyimi dedim. Dərah cavab gəldi: “1 saatdan sonra Bakıya müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin gələcək”.


Qorxulu günlər idi. Qoşun yeridilən zaman 100-dən artıq azərbaycanlı həlak olmuşdu. Onların əksəriyyəti döyüşçü olsa da, dinc sakinlər arasından da itki vardı. Ordu qüvvələri də 38 hərbçisini itirmişdi.

 

Etiraf edirəm ki, bir neçə gün sonra Qorbaçov zəng edərək Mütəllibovun bizim nəzarətimiz altında çalışması barədə söz-söhbətlərə son qoymaq üçün mənimlə Girenkonu Moskvaya geri çağırdığını deyərkən, çox sevinmişdim.

 

Bakıdakı hadisələr sözsüz ki, başımdakı ağ tüklərin sayını artırdı. Mən bu şəhərdə gəncliyimin 2 ilini, Hərbi Dəniz Məktəbində keçirmişdim. Mənim indi də orada çoxlu dostlarım var. Mən baş verən hadisələrdə kimin günahkar olmasından asılı olmayaraq, Azərbaycanı sevirəm və həmişə də sevəcəm”.

 

O zamanlar mən vətəni çox sevən, geniş dünyagörüşlü professor Tofiq İsmayılovla tez-tez ünsiyyətdə olurdum. Biz kiçik addımlar atmaq qərarına gəldik və Azərbaycandan Ermənistana qaz nəqlini bərpa etdik, təəssüf ki, bu addımımız Yerevan mətbuatı tərəfindən soyuq qarşılandı.

 

1990-cı il noyabrın 10-da SSRİ Ali Soveti sədrinin Kremldəki kabinetində Ermənistanın 1-ci katibi  Levon Ter-Petrosyan və Azərbaycanın rəhbəri Ayaz Mütəllibov dəvət olunmuşdular.

 

Mən onlara münaqişədən çıxma yolları haqda heç olmasa, qaralama sənədini imzalamağı təklif etdim. Mütəllibov və Ter-Petrosyan sənədi 4 saata yaxın müzakirə etdilər.

 

Təklif əsasında Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın verdiyi bütün qərarların hüquqi qüvvəsinin və Xüsusi Komitənin ləğvi, yerli orqanlara yeni seçkilərin keçirilməsi nəzərdə tutulurdu.

 

Azərbaycan Ali Sovetinə  Dağlıq Qarabağın statusu və təhlükəsizliyi barədə qərar verməsi, bölgədə fövqəladə halın aradan qaldırılması tövsiyyə olunurdu. Paket Azərbaycan və Ermənistan SSR arasında münasibətlərin bərpasını nəzərdə tuturdu.

 

Hər iki lider sənədlə razılaşsa da, öz deputat qruplarının dəstəyini almalı olduqlarını dedilər. Lakin razılaşmanın səhəri günü öz deputatlarının millətçi hissələrinin təsiri ilə hər iki lider paket razılaşmadan imtina etdi...

 

Ardı var...

 

 

Vüqar İSMAYILOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran Küveytə  nota verdi
21.07.2017, 00:59

İran Küveytə  nota verdi

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir
21.07.2017, 00:46

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir

“Qəbələ”  Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib
21.07.2017, 00:26

“Qəbələ”  Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib

Paytaxtda gənc ana övladı ilə birgə itkin düşüb - VİDEO
21.07.2017, 00:14

Paytaxtda gənc ana övladı ilə birgə itkin düşüb - VİDEO

Məşhur rok qrupunun solisti intihar etdi
20.07.2017, 23:56

Məşhur rok qrupunun solisti intihar etdi

Gəncədə ağır qəza: ana öldü, övladı yaralandı
20.07.2017, 23:41

Gəncədə ağır qəza: ana öldü, övladı yaralandı

"İnter" növbəti mərhələyə keçə bilmədi
20.07.2017, 23:26

"İnter" növbəti mərhələyə keçə bilmədi

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini tanımır
20.07.2017, 23:10

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini tanımır

"Zirə" avroliqada mübarizəni dayandırdı
20.07.2017, 22:58

"Zirə" avroliqada mübarizəni dayandırdı

İsrail əsgərləri fələstinlini güllələyib
20.07.2017, 22:46

İsrail əsgərləri fələstinlini güllələyib

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib
20.07.2017, 22:30

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
20.07.2017, 22:23

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

4 ildən bir çıxan qəzet - MARAQLI   
20.07.2017, 22:20

4 ildən bir çıxan qəzet - MARAQLI  

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi
20.07.2017, 22:13

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Regionlarda elektron xidmətlərdən istifadə təşviq edilir
20.07.2017, 21:59

Regionlarda elektron xidmətlərdən istifadə təşviq edilir

Kanalda batan şəxsin cəsədi tapılıb
20.07.2017, 21:57

Kanalda batan şəxsin cəsədi tapılıb

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
20.07.2017, 21:45

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bərdə bazarında 12 mağaza yandı - Video
20.07.2017, 21:29

Bərdə bazarında 12 mağaza yandı - Video

Kral oğlunun həbsinə göstəriş verdi
20.07.2017, 21:13

Kral oğlunun həbsinə göstəriş verdi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
20.07.2017, 20:57

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Küveyt İran səfirini ölkədən çıxarır
20.07.2017, 20:45

Küveyt İran səfirini ölkədən çıxarır

Qanunsuz ağac kəsən öldü
20.07.2017, 20:31

Qanunsuz ağac kəsən öldü

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb
20.07.2017, 20:14

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ
20.07.2017, 20:00

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb
20.07.2017, 18:58

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var
20.07.2017, 18:47

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib
20.07.2017, 18:39

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı
20.07.2017, 18:30

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20.07.2017, 18:14

Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Müəllimlərin işə qəbulunda YENİLİK   
20.07.2017, 17:57

Müəllimlərin işə qəbulunda YENİLİK  

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
20.07.2017, 17:43

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb
20.07.2017, 17:38

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
20.07.2017, 17:36

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Dolların sabahkı MƏZƏNNƏSİ
20.07.2017, 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

Deputat prezidentə təşəkkür etdi
20.07.2017, 17:14

Deputat prezidentə təşəkkür etdi

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.51%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(65.1%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(4.54%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(3.03%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(25.7%)