Modern.az

"Bu, biabırçılıqdır” - Tramp

"Bu, biabırçılıqdır” - Tramp

Dünya

2 Fevral 2017, 21:53

ABŞ prezidenti Donald Tramp növbəti dəfə kütləvi informasiya vasitələrini tənqid edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, bəyan edib ki, mətbuatın çoxu həqiqi mənada “müxalifət partiyasını” təmsil edir.

Tramp Oval kabinetdən guya vətəndaş haqları uğrunda mübarizənin lideri Martin Lyuter Kinqin büstünün götürülməsi haqda informasiyaya istinad edib.

“Ona qətiyyən toxunulmayıb. Hesab edirəm ki, bu biabırçılıqdır, ancaq bizim mətbuat belədir”, - Tramp söyləyib.

O, həmin materialı saxta xəbər adlandırıb.

Ağ evdə çıxış edən Tramp CNN-ni də saxta xəbərə görə tənqid edib, lakin “Fox News”i tərifləyib.

Jurnalistlər Ruzvelt adına zaldan çıxarılanda Tramp əlavə edib: “KİV-lərin çoxu sözün həqiq mənasında müxalifət partiyasını təmsil edir. Onlar belə obyektiv deyil. Bu, biabırçılıqdır”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir