Modern.az

Amerika həbsxanasında QİYAM: Bir ölü

Amerika həbsxanasında QİYAM: Bir ölü

Dünya

2 Fevral 2017, 22:21

ABŞ-ın Delaver ştatının polisi Smirna şəhərindəki həbsxanada məhkumların girov götürdüyü sonuncu şəxsi azad edə bilib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, nəzarətçi yerli xəstəxanaya yerləşdirilib.

Girovlardan biri isə həbsxananın binasında ölmüş vəziyyətdə tapılıb.

Bir sutka əvvəl məlum olub ki, Smirna şəhərindəki həbsxanada məhkumlar üsyan qaldıraraq nəzarətçiləri girov götürüblər.

Dəqiqləşdirilən məlumata görə, girovluqda 4 nəfər olub. Üsyançılar sonradan 2 nəfəri azad edib.

Məhkumlardan biri yerli “News Journal” qəzetinin jurnalistləri ilə əlaqə yaradaraq girov götürülməsinə səbəbin ABŞ prezidenti Donald Trampın hərəkətlərinin olduğunu bildirib.

“Səbəb onun etdikləridir. Hər şey, onun indi etdikləridir. Biz bilirik ki, həbsxanalarda hər şey pisləşməyə doğru gedəcək”, - o, bəyan edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır