Modern.az

Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmadığını açıqlayıb

Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmadığını açıqlayıb

2 Fevral 2017, 23:46

ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı sanksiya rejimlərinin yumşaldılması haqqında qərar qəbul etmədiyini açıqlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Tramp "Harley-Davidson" şirkət nümayəndələri ilə görüşün gedişatında bunu bildirib.

Jurnalistlərin Rusiyaya qarşı sanksiyalarla bağlı suallarına cavab verərkən Tramp heç nəyi yumşaltmadığını bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Sanksiyalaşdırma Bölməsi "Əsas lisenziya nömrə 1" adlı sənədi dərc edib. Sənəddə göstərilir ki, Amerika hakimiyyəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti barəsində sanksiya rejimini dəyişdirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir