Modern.az

Azərbaycanda 5 müəllif plagiatlıqla bağlı ŞİKAYƏT EDİB

Azərbaycanda 5 müəllif plagiatlıqla bağlı ŞİKAYƏT EDİB

Mədəni̇yyət

3 Fevral 2017, 10:59

Müəllif Hüquqları Agentliyi 2016-cı ilin yekunlarına dair müxtəlif sahələrlə bağlı hesabat təqdim edib.

Agentlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb.

“ Ölkəmizdə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb. Hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, hesabat ilində nəzarət markalarının tətbiqinə başlanılmış, müəlliflik hüququ obyektlərinin nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların müraciəti əsasında ilkin olaraq 18400 ədəd nəzarət markası verilmiş, hazırda 20-dən çox ali təhsil müəssisəsinin onlara nəzarət markası verilməsi barədə müraciətinə müvafiq qaydada baxılır.

Plagiata qarşı mübarizə tədbirləri çərçivəsində müəlliflərin müraciətləri əsasında plagiat faktları üzrə 5 ekspert rəyi hazırlanıb. Təhsil Nazirliyi ilə əməkdaşlıqda “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “Dəyirmi masa” keçirilib, tədbirdə plagiatçılıqla mübarizənin gücləndirilməsi və dünya təcrübəsi nəzərə alınmaqla antiplagiat informasiya axtarış sisteminin yaradılmasının zəruriliyi vurğulanıb.

Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır