Modern.az

 Dünyanın ən maraqlı 9 “calaq” heyvanı - FOTOLAR

 Dünyanın ən maraqlı 9 “calaq” heyvanı - FOTOLAR

Mədəni̇yyət

3 Fevral 2017, 11:16

Müxtəlif heyvan növlərinin cütləşməsi çox maraqlı hibrid törəmələrin yaranmasına səbəb olur.

Modern.az saytı dünyanın ən maraqlı “calaq” heyvan törəməsini təqdim edir.

Zebroid


Zebra ilə eşşəyin, poni və ya atın cütləşməsindən yaranan bu heyvanlara təbiətdə çox nadir hallarda rast gəlinir. Hazırda dünyada yalnız 4 zebroid mövcuddur. Onlar həddən artıq aqressiv olduqları üçün say artımı alimlər tərəfindən məhdudlaşdırılır.

Liqr


Liqr erkək şirlə dişi pələngin cütləşməsindən yaranan heyvan növüdür. O, pişikkimilər sinfinin ən iri nümayəndəsi sayılır.

 

Bifalo


Bizonla ev inəyinin cütləşməsindən yaranan bifalo ilk dəfə 1749-cu ildə peyda olub. Sonradan amerikalılar dadlı ətinə görə xüsusi olaraq bifalo yetişdirirdilər. Bu gün də Amerikada sırf bu işlərlə məşğul olan yüzlərlə təsərrüfat var.

 

Leopon


Leopard və şirin cütləşməsimndən yaranan leopon ilk dəfə 1910-cu ildə Hindistanda andan olub. Sonuncu leopon 1985-ci ildə ölüb.

 

Hibrid qırqovul


Quş növləri heyvanlardan fərqli olaraq öz aralarında daha asanlıqla əlaqəyə girir. Məsələn, qızılı qırqovulla çəhrayı qırqovulun əlaqəsindən yaranan hibrid qırqovul özünəməxsusluğu ilə diqqət çəkir.

 

Kama



1998-ci ildə Dubay şeyxinin ideyası və maliyyə dəstəyi ilə dəvə ilə lama alimlərin nəzarəti altında cüləşdirilmişdi. Nəticədə yeni doğulan heyvana kama adı verilmişdi. Şeyx yeni heyvanın dəvə kimi hündür və lama kimi yun dəriyə malik olmasını ümid etsə də, təcrübə özünü doğrultmamışdı. Məhz buna görə də həmən kama təbiətdə tək olaraq qaldı.

 

Qrolar



Qonur və ağ ayının hibridi ilk dəfə 1874-cü ildə Almaniyanın Kalle şəhərindəki zooparkda ələ olunmuşdu. Amma maraqlıdır ki, təbii şəraitdə bu iki ayı növü cütləşmir və yalnız zooparklarda həkim  nəzarəti alıtnda bunu edirlər.

 

Bazl


Qoyun və keçinin hibridi Botsvana, Fransa və Almaniya kimi ölkələrdə qeydə alınıb. Qoyun kimi hündür olan bazllar yazda keçilər kimi tüklərini tökürlər. Bazllar adətən, nəsilartırmaq qabiliyyətinə malik deyil.

 

Sulimovun iti


Layka cinsindən olan it və çaqqalın cütləşməsindən yaradılan bu itlər -70 dərəcə ilə +40 dərəcə arasında asanlıqla yaşaya bilirlər. Onların iybilmə qabiliyyəti də həddən artıq yüksəkdir.

Yeni it növü onun yaradıcısı olan seleksiyasçı Klim Sulimovun şərəfinə belə adlandırılıb.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir