Modern.az

DİN-in mətbuat xidmətinin yeni rəisi: “Bundan sonra jurnalistlərlə...” - AÇIQLAMA

DİN-in mətbuat xidmətinin yeni rəisi: “Bundan sonra jurnalistlərlə...” - AÇIQLAMA

3 Fevral 2017, 11:22

Daxili işlər naziri Ramil Usubov polis polkovniki Ehsan Zahidovun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəisi təyin olunması barədə əmr imzalayıb.

Əmrə əsasən, indiyədək DİN-in mətbuat xidmətinin rəisi müavini postunu tutan E.Zahidov bundan sonra rəis vəzifəsində çalışacaq.


E.Zahidov yeni təyinatı ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, bundan sonra da jurnalistlərlə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışacaq.


Rəis hələlik müavin postunun boş qaldığını bildirib:

“Uyğun kadr olan kimi təyinat olacaq”.

DİN-in mətbuat xidmətinin sabiq rəisi Sadiq Gözəlov bu yaxınlarda təqaüdə göndərilib. 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir