Modern.az

Əhalisi qocalan ölkələr - SİYAHI

Əhalisi qocalan ölkələr - SİYAHI

3 Fevral 2017, 11:31

“Bloomberg” agentliyi dünyanın ən yaşlı əhalisi olan 10 ölkəsinin adını çəkib. Modern.az agentliyə istinadən xəbər verir ki, reytinq cədvəlində 178 ölkə yer alıb.

 

Reytinq əmək qabiliyyətli əhalinin (15-64 yaş) ölkədəki təqaüdçülərə (65 yaşdan yuxarı) nisbətinə əsasən tərtib olunub.

Analitiklərin hesablamalarına görə, "ən qoca ölkələr"in siyahısına Sinqapur və Fransa (hər 1 pensiyaçıya 2,2 əməkqabiliyyətli işçi) olub.

Belarus, Malta, Yaponiya və Şri-Lankada hər pensiyaçıya 2,3 işçi düşür. Rusiyada bu göstərici 2,4, Yunanıstanda 2,5, Bolqarıstan və Tailandda isə 2,6 səviyyəsindədir.

 

Digər tərəfdən, pensiyaçılarla əmək qabiliyyətli işçilər arasındakı say nisbətinin yüksək olduğu ölkələr sırasına Çin (1 pensiyaçıya 3,5 işçi), ABŞ (4,4), Nigeriya (4,8), Venesuela (5,1) və Uqanda (6) daxildir.

 

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır