Modern.az

Bakıda daha bir futbolçu qanunu pozdu, üstəlik yol polisini təhqir etdi - FOTO

Bakıda daha bir futbolçu qanunu pozdu, üstəlik yol polisini təhqir etdi - FOTO

3 Fevral 2017, 11:44

“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub. Modern.az-ın məlumatına görə, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi tədim edib.


Hadisənın şahidi olan Modern.az-ın əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib.


“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Modern.az-a açıqlamasında qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan “Səbail” futbol klubuna transfer olduğunu açıqlayıb.


Futbolçu Elton Yaqublu Modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: “Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb”.



Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi