Modern.az

Lukaşenkodan Rusiyaya İTTTİHAM

Lukaşenkodan Rusiyaya İTTTİHAM

3 Fevral 2017, 14:51

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, A. Lukaşenko ictimaiyyət nümayəndələri və jurnalistlərlə görüşündə Belarusla sərhəd zonasında sərhəd rejimi tətbiq edən Rusiyanın addımını tənqid edib: “Təsəvvür edin, dövlətlərarası müqavilələr var və hansısa nazir, qoy olsun lap güclü nazir, “fesbşnik” və sairə, bir qələmlə bütün razılaşmaların üstündən xətt çəkərək özünün 801, 802 və 803 saylı fərmanlarını imzalayır. Bu, nədir? Normaldır?!”

Xatırladaq ki, fevralın 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Belarus sərhədində - Pskov, Smolensk və Bryansk vilayətlərində sərhəd zonaları yaradılması barədə 3 əmr imzalayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?