Modern.az

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

3 Fevral 2017, 15:51

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
 
Modern.az xəbər verir ki, AFFA UEFA-ya göndərdiyi müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş stadionlar aşağıda adları qeyd olunanlardır:

 
UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

 
UEFA Avropa Liqası


Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena
 
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.


Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?