Modern.az

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Təhsil

3 Fevral 2017, 17:31

Bakıda yerləşən 103 nömrəli orta məktəbin direktoru Yusif Alməmmədovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayılıb.

Modern.az-a daxil olan məlumata görə, direktor çalışdığı məktəbdən qalmaqalla çıxarılıb. Hal-hazırda məktəbin direktoru vəzifəsini isə xanım müavin əvəz edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verilib.

“Bakı şəhərindəki 103 nömrəli tam orta məktəbin direktoru Alməmmədov Yusif Qurban oğlu ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib. Hazırda qeyd olunan məktəbin direktor müavinlərinin hər hansı biri ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar heç bir əmr verilməyib”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?