Modern.az

Meşə yanğınlarının Çiliyə vurduğu zərər açıqlanıb

Meşə yanğınlarının Çiliyə vurduğu zərər açıqlanıb

4 Fevral 2017, 00:54

Çilidə meşə yanğınlarının ölkəyə vurduğu ziyan müəyyənləşib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yanğınlar nəticəsində 11 nəfər ölüb, 150-dən çox adam yaralanıb, 6 mindən çox insan təxliyə olunub. Yanğnların ölkəyə vurduğu zərər isə 333 milyon dollar məbləğində qiymətləndirilir.

Çilinin maliyyə naziri Rodriqo Valdesin sözlərinə görə, bu məbləğ meşə plantasiyalarına dəyən ziyan da daxil olmaqla bir neçə zərər kateqoriyasını özündə birləşdirir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir