22 iyun 2018, Cümə
Ana Səhifə - ÖLKƏ - “37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də qəbuluma gəlir” - MÜSAHİBƏ
“37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də qəbuluma gəlir” - MÜSAHİBƏ
04.02.2017, 17:09

ATU Onkoloji Klinikasının baş həkimi: “İldə bir dəfə yoxlanmaq lazımdır”

Bədxassəli şişləri xarakterizə edən əlamətlər xəstəliyin gec dövründə ortaya çıxır. Bu da xəstəliyin ilkin mərhələdə aşkarlanmasını gecikdirir. Belə olan təqdirdə, insanlar bəşəriyyətin ən qorxulu xəstəliklərindən biri sayılan xərçəngə qarşı necə mübarizə aparsınlar? Hansı əlamətlərdən şübhələnib həkimə getmək lazımdır? Xərçəng – mütləq ölüm deməkdirmi?

Bu və digər sualları 4 fevral – Xərçəng Xəstəliyinə qarşı Ümumdünya Mübarizə günündə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi, dosent Nəsimi Qasımova ünvanladıq.

Modern.az hər kəsi maraqlandıran bu mövzuda müsahibəni təqdim edir:

- Statistika dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda ildən-ilə onkoloji xəstəlikdən əziyyət çəkən adamların sayının artdığını göstərir. Bunun səbəbi nə ilə əlaqədardır? İnsanların özlərinin asğlamlığına biganə olması, yoxsa həqiqətən yaşayış tərzimizlə bağlıdı?

 - Doğrudan da, dünya əhalisində bədxassəli şişə yoluxanların sayı ilbəil artır. Bununla bağlı bu yaxınlarda ölkəmizdə keçirilən beynəlxalq forumda bir Nobel mükafatçısının cavabını təkrarlamaq istəyirəm. Ona da belə bir sual olunmuşdu ki, “Nobel mükafatçısı olaraq bədxassəli şişin belə artmasının səbəbini nədə görürsünüz?” Və o cavabında bildirmişdi ki, eramızdan əvvəl insanların orta yaş həddi 35 yaş, 19-cu əsrdə çar Rusiyasında orta ömür 43,7 yaş idi. 100 il keçdikdən sonra yəni 2013-cü ildə insanların orta ömrü 79 yaşdan yuxarı hesab olunur. Yəni bununla demək istəyirəm ki, 100 il ərzində insanların ömrü 2 dəfə artıb. Belə olanda, xəstə sayının artımı da təbiidir.

1989-cu ildə Ümumittifaq Onkoloji Mərkəzin direktoru, akademik Nikolay Nikolayeviçin bir sözü var idi: “XX əsrin sonu, XXI əsrin əvvəllərində hər kəs öz xərçənginə tutulana qədər yaşamalıdır.” Yəni, insan ömrü o qədər uzun olmalıdır ki, orqanizmdə baş verən proseslər nəhayət hüceyrələrin mutasiya olunaraq bədxassəli şişə keçməsinə səbəb olsun.

“Hər bir avtomobil kanserogen maddəni atmosferə buraxır”

Lakin, təbii ki, ömür yaşının artması xərçəngin yayılmasının yeganə və əsas səbəbi deyil. Bədxassəli şişlərin belə geniş yayılması həm də müasir həyatın texniki cəhətdən zənginləşməsi, sosial həyatın yaxşılaşması, istehsalın artması ilə əlaqədardır. Belə ki, artıq ətraf mühitin çirklənməsi bizdən asılı olmayaraq, ilbəil-günbəgün artır. Sənayəni nə qədər əhalinin yaşayış sahəsindən kənara aparsaq da, bu mümkün deyil.Məsələn, avtomobilsiz yaşamaq mümkün deyil. Hər bir avtomobil də kanserogen maddə olan 3-4 benzipiril atmosferə buraxır. İnsanların böyük əksəriyyəti siqaret çəkir, bu da ağciyər xərçənginin yaradan vasitələrdən biridir. Qadınlarımız normal doğuşla nəticələnən hamiləliklərin sayını kifayət qədər azaldıblar. Əgər əvvəl ailədə uşaq sayı 5-7 idisə, indi bu uşaqların sayı 1-2-dir. Qidalanma faktoru: ət və ət məhsullarının qəbulu gündəlik rasionda kifayət qədər artıb, süd məhsulları, meyvə-tərəvəz qəbulu olduqca azalıb. Bütün bunların xəstəliyin artmasına təsiri olur.

Rəqəmlərə nəzər salaq: 1996-cı ildə Azərbaycanda hər il 5498 xəstə aşkar olunurdusa, 2015-ci ildə aşkar olunan xəstə sayı 10.354 nəfərdir. Demək ki, 20 il ərzində təqribən 2 dəfədən çox artım aşkar olunur. Hələ mən bu statistikanın tam dəqiq olduğunu deməzdim, çünki Azərbaycan ərazisinin 20%-dən çoxu mənfur düşmənlərimiz tərəfindən işğal olunub. Miliyondan yuxarı qaçqın və məcburi köçkünlərimiz var. Onların statistikasının nə qədər düzgün olduğunu demək, mənim üçün çətindir. Xərçəng nəinki dünyada, bizim ölkədə də artan xəstəlikdir.

“Klinikamıza orta hesabla 10 min xəstə müalicə edir”
                                                                                                        

- Ölkəmizdə ən çox hansı orqanlarda (hansı növ) onkoloji xəstəliklər yayılıb? Məsələn, bizim klinikaya ən çox hansı yönümlü xərçəng xəstələri müraciət edir?

-2015-ci ilin hesabatında 10.354 nəfərin bədxassəli şiş diaqnozu qoyulub. Bunlardan çoxu süd vəzinin bədxassəli şişidir- 1751 nəfərdə, II yerdə ağciyər xərçəngi – 1151 nəfərdə, III yerdə mədənin xərçəngi 1073 nəfərdə aşkarlanıb. Və  bu dünyada da göstəricilər təqribən üst üstə düşür. Və nəzərə alsaq ki, bizim ölkə də İnkişaf edən ölkədir (İEÖ), dünyada qəbul olunmuş statistik məlumatlara görə bədxassəlişiş məhz İEÖ-də artmağa başlayır. Çünki bir sra öplkələr artıq inkişaf edib, orda müəyyən stabillik var. Bizim ölkə müstəqillik qazandıqdan sonra günügündən təhsili ilə, sərvətləri ilə sürətlə inkişaf edir.

Klinikamıza müraciət edən xəstələrin də əksəriyyəti əsasən bu 3 növ xərçəngdən əziyyət çəkir. Lakin onlar arasında onko-ginekoloji yönümlü müraciətlər üstünlük təşkil edir. İl ərzində orta hesabla xəstəxanamıza on min nəfərə qədər insan bədxassəli şişlə müraciət edir. Bunların böyük əksəriyyəti kimyəvi dərman terapiyası alır. Ötən ilki hesabata əsasən, 2600 nəfərə qədər xəstə isə əməlliyyat olunub.

“Yaşı 35-dən yuxarı insanlar ildə bir dəfə tam müayinə olunmalıdırlar”


- Elə simptomlar varmı ki, yalnız bu xəstəliyə aid olsun?  Yəni, insanlar hansı əlamətləri müşahidə edəndə narahat olub mütləq həkimə müraciət etməlidirlər?

-Bədxassəli şişləri xarakterizə edən simptomlar onların gec dövrünə təsadüf edir. İlkin dövdə hər orqana xas olan simptomlara bəzən rast gəlinir. Əgər söhbət süd vəzindən gedirsə, hər bir qadın öz-özünü müayinə etməlidir. Mədə-bağırsaqda da insanlar nəsə narahatlıq hiss etdikləri an həkimə müraciət etməlidirlər. Nəcisdə, sidikdə qan olduqda, bəlğəmdə qan olduqda şübhələnmək lazımdır. Hərçənd ki, bunlar da ilk simptomlar deyil. Yəni insanlar öz-özlərinə diqqət yetirməlidirlər. Xəstəliyi tez aşkar edə bilmək üçün yaşı 35-i keçmiş insanlar ildə bir dəfə özlərini tam müayinə etdirməlidirlər.

Həmin ATU-nun Onkoloji Klinikası, Həm də Milli Onkologiya Mərkəzində bunun üçün hər bir şərait var. Klinikaya gəlməyə vaxtı olmayanlar yaxınlıqda yerləşən poliknikalara müraciət edib, ağciyərlərin rentgenini, süd vəzilərini müayinə edə bilərlər. 10 mərtəbəli Klinikamızda 90 stasionar çarpayısı, 10 gündüz stasionar çarpayısı var. Binanın iki mərtəbəsi diaqnostik, digər iki mərtəbəsi isə poliklinik xəstələrin qəbulu üçündür. Müasir cərrahi müdaxilə mərkəzimiz var. Bədxassəli şişlərin diaqnostikası üçün bütün laboratoriyalarımız mövcuddur: Endoskopik, ultrosonoqrofik, kardioloji, mammoqrafiya və s.

Bir şeyi də qeyd edim ki, kimyəvi dərman terapiya təchizatı artıq uzun müddətdir ki, dövlət tərəfindən aparılır.

- Xərçəngin yaranmaması üçün hansısa profilaktik tədbirlər varmı? 

- Bu mənada profilaktika əsasən iki hissəyə bölünür. Birincisi - dövlət tərəfindən görülən işlərdir. Bunlara ətraf mühitin çirklənməməsi üçün iri sənaye mərkəzlərinin əhalinin sıx yaşadığı ərazilərdən kənara aparması, yaşılllıq zonalarının salınması, siqaret, tütün və spirtli içkilərin reklamının qadağan olunması və s. daxildir.

İkinci növ tədbirlərə isə profilaktik müayinələr aiddir. Bunlar müəyyən tibb idarələri tərəfindən kütləfi şəkildə həyata keçirilir. Amma yenə də çox şey insanın özündən asılıdır. Profilaktik baxış keçirilməlidir ki, hansısa bir xəstəlik aşkar olunduqda, erkən mərhələ olsun və onu müalicə etmək də asan olsun.

Bədxassəli şişlər ilkin mərhələdə demək olar, simptomsuz inkişaf edən xəstəlikdir. Xəstəlik müəyyən vəziyyətə gəldikdən sonra aşkarlarnır. Bunda da artıq III-IV mərhələ olur. Bunda da müalicə mümkündür, amma müəyyən çətinliklərlə qarşılaşa bilərik.

Odur ki, hər kəsi 35-40 yaşından sonra ildə 1 dəfə ümumi həkim müayinəsindən keçməyə çağırıram.

- Xərçəng xəstəliyi mütləq ölümlə nəticələnirmi?

- Bu cür yanaşmanı düzgün hesab etmirəm. İstənilən xəstəlik nə vaxtsa ölümlə nəticələnə bilər, o cümlədən xərçəng. İnsan təbii ki, fizioloji olaraq, heç bir xəstəliyə tutulmasa belə, müəyyən yaşa çatdıqda dünyasını dəyişir. Xərçəng xəstələri də haçansa dünyasını dəyişə bilər. O qədər xəstəmiz var ki, onlar bədxassəli şişdən müalicə olunaraq yaşayıb, amma infarktdan dünyalarını dəyişirlər.

- Dəfələrlə mətbuatda “Xərçəngin dərmanı tapıldı” kimi xəbərlər yayılır. Həqiqətdə necədir - hazırda bu xəstəlikdən, bədxassəli şişlərdən tam müalicə metodu mövcuddurmu?

-Hələ ötən əsrin 50-ci illərin əvvəllərində, 40-cı illərin sonunda Çin Xalq Respublikasında, İsraildə xərçəngin çarəsi tapılması haqqında xəbərlər dolaşıdrıd. Amma sonra xəbər yalanlanırdı.

Bu gün bədxassəli şişlərin müalicəsi mövcuddur. Yəni, demək olmaz ki, müalicəsi yox idi, indi tapıldı. Bu xəstəliyin aşkar olunması üçün əlimizdə kifayət qədər müayinə metodları var. Bu xəstəliyin müalicəsi üçün istərsə əməliyyat, istərsə şüa terapiyası, istərsə də kimyəvi dərman terapiyaları elmə məlumdur.  

Ölkəmizdə bədxassəli şiş xəstələrinə yardım göstərmək üçün kifayət qədər geniş imkanlar var. Deyə bilərəm ki, MDB məkanında bu baxımdan ən yaxşı şərait bizdədir.

“37 il əvvəl əməliyyat etdiyim xəstə hələ də müayinəyə gəlir”

- Bu günə qədər üzləşdiyiniz hansı xəstə hələ də yaddaşınızdadır?

Adətən həkim-onkoloqun yaddaşında uzun müddət yaşayan xəstələr qalır. Yaxud da əməliyyat vaxtı çətinə düşdüyümüz və ya əməliyyatdan sonra ağırlaşması olan xəstələr. Həkimlik fəaliyyətimdə məni sevindirən hallardan biri hələ gənc ikən əməliyyat etdiyim xəstələrin hələ də müayinəmə gəlmələridir. Bircə fakt deyim – 37 il əvvəl - 1979-cu ildə əməliyyat etdiyim şəxs hazırda da xəstəmdir. 15 ildən çox yaşayan xəstələrimiz də var. Və biz bu xəstələrimizin köməyilə indi müalicə etdiyimiz xəstələri də ruhlandırırıq.


Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb
22.06.2018, 20:31

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22.06.2018, 20:12

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Şirvan sakini qətlə yetirildi
22.06.2018, 20:04

Şirvan sakini qətlə yetirildi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
22.06.2018, 20:00

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dolların sabaha olan məzənnəsi
22.06.2018, 19:55

Dolların sabaha olan məzənnəsi

Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib
22.06.2018, 19:51

Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb
22.06.2018, 19:41

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22.06.2018, 19:32

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı  müəyyənləşdi
22.06.2018, 19:21

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı  müəyyənləşdi

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"   
22.06.2018, 19:09

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"  

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"
22.06.2018, 19:01

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"
22.06.2018, 18:54

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü
22.06.2018, 18:45

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib
22.06.2018, 18:41

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib
22.06.2018, 18:35

Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

MDB-nin ən kasıb ölkələri məlum oldu   
22.06.2018, 18:24

MDB-nin ən kasıb ölkələri məlum oldu  

Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə keçirilib
22.06.2018, 18:18

Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə keçirilib

“QHT Şurası unikal bir qurumdur”   
22.06.2018, 18:12

“QHT Şurası unikal bir qurumdur”  

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanacaq"
22.06.2018, 18:10

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanacaq"

Azərbaycan alimi  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib    
22.06.2018, 18:02

Azərbaycan alimi  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib  

Dünya Çempionatı-2018: Braziliya çətinliklə qələbə qazandı   
22.06.2018, 17:59

Dünya Çempionatı-2018: Braziliya çətinliklə qələbə qazandı  

Rusiya Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiqlədi
22.06.2018, 17:57

Rusiya Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Beynəlxalq layihədə “İrəli” gəncləri  
22.06.2018, 17:55

Beynəlxalq layihədə “İrəli” gəncləri  

Müəllimlər müəllimi - Asif Cahangirov
22.06.2018, 17:52

Müəllimlər müəllimi - Asif Cahangirov

Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək
22.06.2018, 17:39

Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək

OPEK neft hasilatı ilə bağlı yeni razılıq ƏLDƏ ETDİ
22.06.2018, 17:36

OPEK neft hasilatı ilə bağlı yeni razılıq ƏLDƏ ETDİ

Nazir İnam Kərimov şikayətləri dinlədi
22.06.2018, 17:34

Nazir İnam Kərimov şikayətləri dinlədi

Prezident avtomobil yolunun tikintisinə 8.9 milyon manat ayırdı
22.06.2018, 17:31

Prezident avtomobil yolunun tikintisinə 8.9 milyon manat ayırdı

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
22.06.2018, 17:27

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib
22.06.2018, 17:26

Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib

Göyçayda selin dağıtdığı köpü bərpa olundu
22.06.2018, 17:17

Göyçayda selin dağıtdığı köpü bərpa olundu

Jurnalistlər üçün daha bir MÜSABİQƏ
22.06.2018, 17:14

Jurnalistlər üçün daha bir MÜSABİQƏ

Ərəblərin Azərbaycana axını güclənib - STATİSTİKA
22.06.2018, 17:11

Ərəblərin Azərbaycana axını güclənib - STATİSTİKA

İlham Əliyev Asiya İnkişaf Bankının üzvlərini qəbul edib
22.06.2018, 17:08

İlham Əliyev Asiya İnkişaf Bankının üzvlərini qəbul edib

Rusiyada “quş qripi” aşkarlandı
22.06.2018, 16:49

Rusiyada quş qripi aşkarlandı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.4%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.80%)
Portuqaliya(12.3%)
İspaniya(5.05%)
Fransa(4.49%)
Belçika(2.24%)
Seneqal(3.37%)
Rusiya(21.3%)