Modern.az

“Çelsi” London derbisində “Arsenal”ı məğlub etdi

“Çelsi” London derbisində “Arsenal”ı məğlub etdi

4 Fevral 2017, 19:06

Bu gün İngiltərə Premyer-liqasının 24-cü turu çərçivəsində keçirilən ilk oyunda “Çelsi” “Arsenal”ı qəbul edib. Modern.az saytı xəbər verir ki, “Stemford Bric” stadionunda baş tutan derbi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə “Çelsi”nin müdafiəçisi Markos Alonso açıb.

53-cü dəqiqədə yarımmüdafiəçi Eden Azar “aristokratlar”ın üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə meydançaya çıxan digər yarımmüdafiəçi Sesk Fabreqas 85-ci dəqiqədə üçüncü topu “Arsenal”ın qapısından keçirib.

Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə qonaq komandanın heyətində fransalı hücumçu Olivye Jiru fərqi azaldıb.

Bununla da “Çelsi” İngiltərə çempionatında liderliyini davam etdirir. 24 oyundan sonra Antonio Kontenin yetirmələrinin hesabında 59 xal var.

“Arsenal” 47 xalla üçüncüdür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi