Modern.az

ABŞ miqrantlarla bağlı geri addım atdı

ABŞ miqrantlarla bağlı geri addım atdı

4 Fevral 2017, 23:46

ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanı ilə bağlı etirazlardan sonra hökumət geri addım atdı. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, immiqrasiya fərmanının şamil edildiyi ölkələrin aktiv vizaya sahib olan vətəndaşlarının artıq ABŞ-a girişinə icazə veriləcək.

 

Dövlət Departamentindən verilən məlumata görə, vizalarla bağlı yenilənmiş sənəd hazırlanıb. Həmin sənəd vizaları ləğv edilməmiş vətəndaşların bundan sonra ABŞ-a daxil ola bilməsinə icazə verəcək.

Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərmanı geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb. Ötən gün isə ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir