Modern.az

Rusiya ilə sərhədə hasar çəkildi

Rusiya ilə sərhədə hasar çəkildi

5 Fevral 2017, 00:58

Latviya miqrant axınının qarşısını almaq üçün əlavə tədbirlər görür. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Latviya-Rusiya sərhədində qeyri-leqal miqrant axının qarşısını almaq üçün 23 kilometr uzunluğunda hasar ucaldılıb.

Latviya Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Yevgeniya Polznyakin sözlərinə görə, hasarın tikintisinə 2015-ci ildə başlanılıb: “Həmin işlər isə 2019-cu ilədək davam etdiriləcək. Hazırda 65 kilometr uzunluğunda sərhəd zolağı lazımi avadanlıqlarla təchiz edilib, həmçinin 23 kilometr uzunluğunda hasar ucaldılıb”. 

2017-ci ildə  150 kilometrlik iik sərhəd zolağının avadanlıqlarla təchiz edilməsi və 60 kilometrlik hasarın  ucaldılması işlərinə 6,3 milyon avro ayrılıb.

 

Hasarın hündürlüyü, tikanlı məftil daxil olmaqla, minimum 2,7 metr təşkil edir. Ümumilikdə isə hasarın tikintisinə 17 milyon avro ayrılacağı planlaşdırılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?