Modern.az

Rumıniyada kütləvi etiraza səbəb olan qərar ləğv olunub

Rumıniyada kütləvi etiraza səbəb olan qərar ləğv olunub

6 Fevral 2017, 00:16

Rumıniyada kütləvi etirazlara səbəb olan 13/2017 saylı Amnistiya aktı və cinayət qanunvericiliyinə dəyişikliklər haqqında qərar ləğv olunub. Modern.az saytı xəbər verir ki, “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə qərar Nazirlər Kabinetinin bazar günü keçirilən növbədənkənar iclasında qəbul olunub.

Vətəndaşların etirazına səbəb yeni hökumətin yanvarın 31-də Amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair 13/2017 saylı qərarı qəbul etməsidir. Onların fikrincə, bu dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxacaq. Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaqdı. Bununla yanaşı şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulurdu. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 42 min avro dəyərindən az olardısa, həmin şəxsə rüşvət vermə və rüşvət alma, eləcə də korrupsiya maddələri üzrə cinayət işi açıla bilməzdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi