Modern.az

Dünyanın ən soyuq paytaxtı: Ulan-Bator

Dünyanın ən soyuq paytaxtı: Ulan-Bator

6 Fevral 2017, 12:27

Bu paytaxt şəhərində qış soyuq və sərt keçir. Bu proses çox uzun müddət davam edir.

 

Burada çaylar tamam donur

 

Məsələ ondadır ki, Monqolustanın paytaxtı elə bir regionda yerləşir ki, kəskin kontinental iqlimi var.  

 

Modern.az xəbər verir ki, Şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.

Bu səbəbdən Ulan-Batorda qış, xüsusilə yanvar ayı soyuq keçir. Temperatur tez-tez mənfi 40, bəzən 50 dərəcəyə qədər düşür. Amma buna baxmayaraq, hava quru olduğundan şaxta insanlara yaşamaq üçün çox problem yaratmır.

Paytaxta yağıntı az düşür, son illər yağan qar bir az çoxalsa da, qar boranlarından çox tozlu hava üstünlük təşkil edir.

Ulan-Batorda qız uzun çəkir: noyabr ayından martın sonuna qədər. Bu isə 100 gündən çox zaman deməkdir. Güclü şaxta səbəbindən su hövələri tamamilə donur.

Havanın belə sərt keçməsinə baxmayaraq, Ulan-Bator Monqolustanda həyatın bütün sahələrinin mərkəzidir. Ölkə əhalisinin təxminən yarısı paytaxtda yaşayır.

 

Ulan-Bator haqda maraqlı faktlar

 

1-ci fakt. Planetdə yeganə paytaxtdır ki, burada köçərilər yaşayır.

2-ci fakt. Ulan-Batorun əsası 1639-cu ildə qoyulub. Burada ilk tikilən bina budda monastrı olub.

 

3-cü fakt: Ulan-Batorda bütöv “yurd məhəlləri”var. Burada adamlar istiliksiz, susuz və elektrik enerjisi olmadan yaşayırlar. Çoxları əcdadlarına xas olan həyat tərzini seçirlər.

 

4-cü fakt. Şəhərin bir neçə adı olub: “Uqra” (saray, “İx-xypee) (böyük monastr), “Niyslel-xypee” (paytaxt monastrı). 1924-cü ildə şəhərə bugünkü adı verilib, “Qırmızı qəhrəman", yaxud "qırmızı əjdaha”.

5-ci fakt: Şəhərin əsas diqqətəlayiq yeri - Гандан buddist monastır kompleksidir.

6-cı fakt: Qandan buddist monastrında Monqolustandakı yeganə universitet fəaliyyət göstərir.

7-ci fakt: Ulan-Bator – bu ölkədə yeganə həqiqi şəhərdir. Şəhər statusunda olan  qalan yaşayış yerləri daha çox qəsəbələrə oxşayır.

8-ci fakt: Ulan-Bator yaxınlığında dünyada ən böyük at heykəli ucaldılıb, o, sözün həqiqi mənasında çox cəlbedicidir. Onun üzərində Çingizxan təsvir olunub, postamentsiz hündürlüyü 40 metrdir.

 

9-cu fakt: Boqdan-Xan Uul dağı Asiyada ən qədim qoruqlardan biridir. Çingizxan bir zamanlar orada düşmənlərindən qorunub və bütün silahını orada gizlədib. Sonradan o, dağ ərazisindəki ağacları qırmağı və ovu qadağan edərək ərazini qoruğa çevirib.

 

10-cu fakt: Şəhərin yaxınlığında Dinozavrlar vadisi yerləşir. Burada bir vaxtlar skeletlər tapılıb. İndi burada açıq hava park yerləşir, nəhəng kələzlərin fiqurları qoyulub.

 

Dünyanın digər soyuq paytaxtları

 

Əgər dünyanın üç ən soyuq paytaxtından söhbət gedirsə, ikinci sırada Qazaxıstanın paytaxtı Astanadır.

Burada orta illik temperatur müsbət 3,1 dərəcə olur. Ancaq qışş çox soyuqdur, hərdən havanın temperaturu mənfi 50 dərəcəyə qədər düşür.

Üçüncü sıradakı İslandiyanın paytaxtı Reykyavikdir. Burada orta illik temperatur müsbət 4,9 dərəcədir.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi