29 may 2017, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Qulu Məhərrəmlidən “Yoxlama” ya İTTİHAM: “Xırda tənqidlərdir”
Qulu Məhərrəmlidən “Yoxlama” ya İTTİHAM: “Xırda tənqidlərdir”
06.02.2017, 13:03

 

ATV-də yayımlanan “Yoxlama” verilişi və onun özünü müstəntiq kimi aparan aparıcısı Azər İsmayılov medianın gündəmindən düşmür. Verilişin 171 saylı məktəbdə apardığı çəkilişdən sonra məktəb direktorunun ölməsi isə bu müzakirələri pik həddə çatdırıb.

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında aparıcının sərgilədiyi davranışı mütəxəssis kimi dəyərləndirib. O bildirib ki, bu cür məsələlərə konseptual yanaşmaq lazımdır:

 

Tənqid qılınc çəkmək deyil

 

“Media, o cümlədən televiziyalar, saytlar ona görə mövcuddur ki, cəmiyyəti məlumatlandırsın və ictimai nəzarətçi olsun. “Yoxlama” verilişi bu baxımdan uyğun addımlar atır. Mən hesab edirəm ki, televiziyada tənqidi verilişin olması çox vacibdir. Bizdə ANS-dən sonra bu cür tənqidlər verən proqram yoxdur. Amma tənqid o demək deyil ki, sən qılıncını siyirib hamıya hücum edəsən. Bunun reallaşdırılmasının konkret qaydaları var.

 

Tənqiddən əvvəl insanlara qarşı həssas yanaşmaq lazımdır, problemi bilib yanaşmaq lazımdır. Həmçinin, jurnalist tənqid etmək istədiyi obyektin spesifikasını, özəlliyini bilməlidir. Məsələn, məktəb yeməkxanasını tənqid etmək olar. Amma bu yeməkxanadakı vəziyyət nəticədir. Biz bundan yuxarı qalxa bilirikmi, tənqidi obyektiv apara bilirikmi? Bunlara baxmaq lazımdır. Mən arzu edərdim ki, “Yoxlama” verilişi geniş miqyaslı, ictimai maraq doğuran, cəmiyyəti narahat edən problemləri işıqlandırsın. Tənqidin hədəfi xırda olanda, məqsədləri də kiçilir. Ona görə hesab edirəm ki, hər şeyə ilkin olaraq insani münasibətlər baxımından obyektiv yanaşmaq lazımdır”.

 

“KİV haqqında” Qanun və əldə bayraq...

 

Q.Məhərrəmli bildirib ki, bu cür verilişlər, obyektlərə hücum edən fərdlər sovet dövründə də, elə AzTV-də də olub:

“Amma yenə də deyirəm ki, biz tənqidin məqsədini və hədəfini düz müəyyənləşdirəndə auditoriya bizi qəbul edir. Biz böyükləri qoyub, kiçikləri qamçılayanda, səbəbləri qoyub nəticəyə hücum edəndə, tənqidin effekti olmur. Ona görə də bu məsələlərdə çox həssas olmaq lazımdır. Yəni, “KİV haqqında” Qanun bizə çox imkanlar verir. Məgər biz onların hamısını reallaşdıra bilirikmi? Biz o halda qanuna müraciət edirik ki, onlar bizim məqsədimizə uyğun gəlir. Bütün hallarda tənqidi verilişlər lazımdır və olmalıdır. Amma bu, etik çərçivədə və ictimai marağı əhatə edən səviyyədə reallaşdırılmalıdır. Belə olan təqdirdə tənqid effektli və qəbul olunan olur”.

 

“Əlinə mikrofon alan, kamera qarşısında dayanan...”

 

Professor qeyd edib ki, ümumilikdə televiziya jurnalistlərimizin özünü aparmaq qaydaları xoşagələn deyil:

“Studiyada veriliş aparan aparıcı, jurnalist qıcıqlandırıcı davranışlara yol verməməlidir. Tamaşaçı ilə səmimi, işgüzar, pozitiv ovqat yaradan ünsiyyət qurmalıdır. Amma təəssüf ki, bizim aparıcılar, reportyorlar bəzən bu həqiqəti unudurlar. Özlərini müstəntiq kimi aparırlar. Müstəntiqin tərzi və məqsədi başqa, jurnalistin yanaşması başqadır. Ona görə bunları bir-birindən fərqləndirmək lazımdır. Əlinə mikrofon alan, kamera qarşısında dayanan aparıcılar, jurnalistlər işlərinin əsl mahiyyətini unudaraq özlərini hədsiz səlahiyyət sahibi hesab edirlər. Bundan çəkinmək lazımdır”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya - FOTOLAR  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28.05.2017, 23:11

Paytaxtda torpaqlar ucuzlaşır - VİDEO

28.05.2017, 22:52

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rəngində

28.05.2017, 22:36

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

28.05.2017, 22:19

“Beşiktaş” çempion oldu

28.05.2017, 22:01

İsraildə minlərlə insan küçələrə axışdı

28.05.2017, 21:44

"Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Madrid prinsipləri təşkil etməlidir" - Alman deputat

28.05.2017, 21:30

Qadın ofisiantlar arasında dava

28.05.2017, 21:16

Rektorla tələbələr arasında gərginlik - VİDEO

28.05.2017, 20:59

Çindən İranın neft-kimya sənayesinə sanksiya

28.05.2017, 20:44

“Rusiya üçün  təhlükə kəsb etmir" - Ceyms Mettis

28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

ARXİV