Modern.az

Uşaq bağçaları ilə bağlı YENİLİK: dövlət, özəl, bələdiyyə...

Uşaq bağçaları ilə bağlı YENİLİK: dövlət, özəl, bələdiyyə...

6 Fevral 2017, 17:29

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi bir ildən çoxdur ki, hazırlanır. Qanun layihəsi 2016-cı il oktyabrın 28-də plenar iclasda müzakirə edilib. Qanun layihəsinə yenidən baxılıb və ikinci iclasa təklif olunub”.

Bunu Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında deyib.

““Təhsil haqqında” qanun çərçivə qanunu olduğundan orada məktəbəqədər təhsil haqqında ancaq ümumi müddəalar öz əksini tapmışdı. İndi 5 fəsildən, 24 maddədən ibarət qanun layihəsi müzakirəyə çıxarılır. Bu da ilk dəfədir ki, qanunverici sənəddə öz əksini tapıb.

Həmin sənəddə məktəbəqədər təhsil müəsisələrinə dövlət qayğısı, məktəbəqədər təhsil müəsisələrinin funksiyaları, vəzifələri, formaları, növləri, stimullaşdırılması və s kimi məsələlər qeyd edilib. Burada həmçinin məktəbəqədər təhsil müəsisələrinin dövlət, bələdiyyə və özəl təhsil müəsisələri olması da öz əksini tapıb.

 

Həmçinin Azərbaycan reallığını, zəruri ehtiyacı nəzərə alaraq, ölkəmizdə ailə və icma tipli məktəbəqədər təhsil müəsisələri yaradıla bilər. Bu sahənin inkişafına ölkə prezidenti çox böyük qayğı göstərir. Həm paytaxta həm də regionlarda məktəbəqədər təhsil müəsisələrinin şəbəkəsi genişləndirilir. Düşünürəm ki, plenar iclasın gündəliyinə çıxarılan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ölkəmizdə təhsilin bünövrəsini, təməlini təşkil edən mühüm istiqamətin inkişafına öz töhfəsini verəcək”.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI