Modern.az

Putinin ilk müsahibəsi: 25 il əvvəl

Putinin ilk müsahibəsi: 25 il əvvəl

Dünya

6 Fevral 2017, 20:29

Rusiya kütləvi informasiya vasitələri Vladimir Putinin ilk müsahibəsini dərc ediblər. Modern.az Rusiya mediasına istinadən bildirir ki, indiki dövlət başçısı media ilə ilk dəfə 25 il əvvəl ünsiyyətdə olub.

1991-ci ildə “Pik saatı” qəzetinin müxbiri Leninqradın xarici əlaqələr komitəsinin rəhbərindən müsahibə alıb.

“Gənc Putin niyə xüsusi xidmətdəki perspektivli işdən ayrılıb mülki müəssisədə işə düzəlib?”

İndiki prezidentin cavabı 25 il əvvəl kifayət qədər cansıxıcı alınıb.

“KQB”də müəyyən mərhələdə işi davam etdirmək üçün Moskvaya getməyim lazım idi. Mən orada ya kooperativ mənzil almalı, ya da ayda 300 rubla kirayədə qalmalı idim. Mənim iki azyaşlı uşağım, qoca valideynlərim var. Onların yaşı 80-ə yaxındır, birlikdə yaşayırıq. Onlar mühasirəni görüblər, onları doğma şəhərdən hara aparmalı? Onları atıb gedə də bilməzdim”, - gənc Vladimir Putin etiraf edir.

Rusiya prezidenti o zaman orqandan gedəndən sonra dəfələrlə üzləşdiyi şantaj cəhdləri haqda danışıb: “Mən bu faktlar haqda danışmaq istəməzdim, amma onları inkar da etməyəcəyəm. Onu da deyim ki, hücum etdikləri o ada deyildi”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar