Modern.az

Moldovada NATO-nun ofisi yaradılır

Moldovada NATO-nun ofisi yaradılır

7 Fevral 2017, 22:43

“NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, sadəcə, diplomatik missiyadır”. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.  

Qeyd edək ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO-nun Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu qeyd edib. 

“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Moskva, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılmışdır”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.   

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı