Modern.az

Ərdoğan Trampla danışdı - TƏFƏRRÜAT

Ərdoğan Trampla danışdı - TƏFƏRRÜAT

8 Fevral 2017, 08:55

Ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın yeni prezidenti Donald Tramp arasında ilk telefon danışığı olub.

Modern.az Türkiyə KİV-nə iastinadən xəbər verir ki, ölkə başçıları arasındakı telefon danışığı 45 dəqiqə sürüb.
Dövlət başçıları iki ölkə arasındakə münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıb, terrorizmlə mübarizəni müzakirə ediblər.

Tramp Ərdoğana Türkiyənin ABŞ-ın strateji partnyoru və NATO çərçivəsindəki müttəfiqi olduğunu vurğulayaraq onu dəstəklədiyini bildirib. O, İŞİD-lə mübarizədə Türkiyənin verdiyi töhfəni yüksək qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğanla terrorla mübarizədə Türkiyə-ABŞ əməkdaşlığından məmnunluğunu ifadə edərək, bunun davam edilməsini arzulayıb.




Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu