Modern.az

Milli Qəhrəmanlarımızın sayı neçə oldu...

Milli Qəhrəmanlarımızın sayı neçə oldu...

8 Fevral 2017, 09:55

Xəbər verdiyimi kimi, Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Modern.az saytının məlumatına görə,ölkə başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 215 nəfərə çatıb.

Xatırladaq ki, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı bundan öncə 2016-cı ildə “Aprel döyüşləri” zamanı qəhrəmanlıq göstərmiş 3 hərbçiyə verilmişdi. Dördgünlük müharibənin qəhrəmanları polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra), mayor Samid İmanov (ölümündən sonra) və polkovnik-leytenant Şükür Həmidov (sağdır) ölkə başçısının müvafiq sərəncamları əsasında “Milli Qəhrəman” adına layiq görülmüşdülər.

Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 18 nəfəri sağdır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?