Modern.az

Nazirdən MESAJ: “Tələbə kreditləri gəlir götürmək üçün deyil”

Nazirdən MESAJ: “Tələbə kreditləri gəlir götürmək üçün deyil”

8 Fevral 2017, 10:45

"Ali təhsil müəssələri vəsaitlərinin 82 faizini əmək haqlarına sərf edir".

Bunu ""Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, yerdə qalan vəsait digər məsələlərin probleminə yönəlməlidir:

"Tələbə krediti yaratmaqda əsas məqsəd hər hansı bir şəkildə gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlana bilməsidir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib".

Mikayıl Cabbarov bildirib ki, əsas məqsəd Azərbaycanın ali təhsil sisteminin infrasturukturunu yaxşılaşdırmaqdır:

"2013-cu ilin biz sisteminin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsil sistemində inkişafa nail olmaq olub. Dövlət təhsil müəssəsinə tələbə təhsil haqqını ödəyir. Alı təhsil müəssisəsinin yeganə mənbəyi təhsil haqqıdır. Son 5 ildə yeni məqsəd var. Onlar mövcud olan imkanları vasitəsilə müəyyən edilib".

Təhsil naziri qeyd edib ki, dünyada ali təhsil səviyyəsində təhsil alanlar indiki qədər olmayıb: "Onun üçün biz əvvəlcə təhsil infrastrukturun yaratmalı, sosial qrupun ali təhsil müəssisələrinə çıxışını təmin etməliyik. Tələbə kreditlərinin mövcud olmaması ictimaiyyətin gündəmindədir. Qeyd edim ki, son 3 il yarım ərzində ali təhsil müəssisələrimizin uğurlu layihələri var. Bu layihələrdə istedadlı tələbələrimiz iştirak edir".

 

Namidə Bingöl 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir