Modern.az

Dövlət qurumları ƏNDİŞƏDƏ - Hesablama Palatasının yoxlaması GƏLİR 

Dövlət qurumları ƏNDİŞƏDƏ - Hesablama Palatasının yoxlaması GƏLİR 

8 Fevral 2017, 11:45

Ayrı-ayrı dövlət qurumları yoxlamayla bağlı təşviş içərisindədir. Səbəb isə son illər Hesablama Palatasının fəaliyyətində nəzərəçarpacaq güclənmə, istədiyi qurumda yoxlamalar aparmasıdır.

Əgər illər öncə, daha dəqiq desək, Vüqar Gülməmmədovun sədirliyinə qədər ayrı-ayrı qurumlarda yoxlamalar aparılmasına həmin qurumların rəhbərləri tərəfindən maneələr törədilirdisə, ində tam əks mənzərə yaranıb.

Böyüklüyündən asılı olmayaraq hər bir dövlət qurumu Hesablama Palatasının yoxlamasından çox qorxur. Buna səbəb isə son vaxtlar Hesablama Palatasının apardığı obyektiv yoxlamalar və üzə çıxardığı neqativ hallardır.  
 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hazırkı vəziyyətlə bağlı Modern.az-a danışıb. O bildirib ki, dövlət vəsaitlərindən istifadə edən hər bir qurum kənar maliyyə nəzarətinin subyektidir və bu istiqamətdə “xırda təşkilat” –“böyük təşkilat” anlayışı yoxdur:

“Həmin təşkilatların hamısı maliyyə inzibatçılığının yüksək dərəcədə təmin edilməsində bərabər məsuliyyət daşıyır. Hər bir inzibati ərazi vahidi üzrə icra hakimiyyəti orqanı ölkə başçısının müəyyən etdiyi iqtisadi və sosial prioritetlərin icraçısı funksiyasını daşıyır.Yerli icra hakimiyyəti orqanlarına yerli xərclərlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondlardan yol və sosial infrastrukturun tikintisi və təmiri ilə bağlı kifayət qədər vəsait ayrılır. Digər tərəfdən, Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində, “Azərsu”  “Azərenerji” və “Azəriqaz” kimi ASC-lərdə, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumlarda nəzarət tədbirləri həyata keçirib”.


V.Gülməmmədov deyib ki, mövcud qanunvericiliklə, Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir:

“Palata üzvlərinin, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Palata işini sərbəst şəkildə həyata keçirir.  Qeyd edim ki, mən Palatada 2007-ci ildən çalışıram. Bu müddətdə işimizə müdaxilə edən və şəffaflığın təmin olunmasına maneçilik törədən qurum olmayıb”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır