29 may 2017, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - “Lapşinə təxribat ola bilər” - Komitə sədri bloqqerin güclü mühafizə olunmasını ŞƏRH ETDİ
“Lapşinə təxribat ola bilər” - Komitə sədri bloqqerin güclü mühafizə olunmasını ŞƏRH ETDİ
08.02.2017, 16:39

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib. Aleksandr Lapşini Belarusdan Azərbaycana gətirən təyyarə ötən gün saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.  İndi onu Bakıda mühakimə olunmaq gözləyir.

Mövzu ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Modern.az saytına açıqlama verib.

Deputat bildirib ki, Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlıq var.

“Ermənistan mətbuatı bunu açıq şəkildə biruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır. Erməni diasporu bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil edirdi. Narahatlıq isə ondan qaynaqlanır ki, bundan sonra hansısa xarici vətəndaş çətin ki, Azərbaycanın işğal altında olan torpaqlarına səfər etsin”-deyə komitə sədri bildirib.

F. Muradovun sözlərinə görə, bəzi qüvvələr Lapşin məsələsini siyasiləşdirmək istəyir.

“Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsinlər. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Həm də düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək”.

Komitə rəhbəri bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir.

“Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi konflikt yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti suçlanır. Erməni diasporu deyir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə ora gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir. Bir sual vermək istəyirəm: Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı bir əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam Azərbaycanın işğal altındakə ərazilərinə Azərbaycandan icazəsiz gedirsə, demək ki, o, Azərbaycan dövlətinə, xalqına qarşı çıxır. Bu da Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş yerə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik dövriyyəsinin çoxalmasını heç kim istisna edə bilməz”.

 
Fuad Muradov Aleksandr Lapşinin Bakıya DTX əməkdaşlarının güclü mühafizəsi altında gətirlməsini də şərh edib. Doğrudanmı bloqqeri bu şəkildə ekstradisiya etməyə lüzum vardı?


"Aleksandr Lapşin ikili vətəndaşlığı olan və bir neçə dövlətin, o cümlədən Azərbaycanın düşməni Ermənistanın maraq dairəsindədir. Lapşinə qarşı hər şey ola bilərdi. Ermənistanın vasitəçiliyilə ona təxribat törədə bilərdilər, ya da o özü özünə xəsarət yetirə bilərdi. Beynəlxalq təcrübədən də məlumdur ki, belə şəxslərə qarşı qəsdən hansısa təxribat törədilə bilər.
Bu baxımdan Lapşinin Bakıya DTX əməkdaşlarının güclü mühafizəsi altında gətirilməsi başa düşüləndir. Hesab edirəm ki, onun bundan sonrakı mühafizəsi də eyni qaydadada davam etdirilməlidir", - deyə komitə sədri vurğulayıb.



Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28.05.2017, 23:11

Paytaxtda torpaqlar ucuzlaşır - VİDEO

28.05.2017, 22:52

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rəngində

28.05.2017, 22:36

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

28.05.2017, 22:19

“Beşiktaş” çempion oldu

28.05.2017, 22:01

İsraildə minlərlə insan küçələrə axışdı

28.05.2017, 21:44

"Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Madrid prinsipləri təşkil etməlidir" - Alman deputat

28.05.2017, 21:30

Qadın ofisiantlar arasında dava

28.05.2017, 21:16

Rektorla tələbələr arasında gərginlik - VİDEO

28.05.2017, 20:59

Çindən İranın neft-kimya sənayesinə sanksiya

28.05.2017, 20:44

“Rusiya üçün  təhlükə kəsb etmir" - Ceyms Mettis

28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.2017, 16:53

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

28.05.2017, 16:30

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28.05.2017, 16:18

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.2017, 16:01

“Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”- SƏNƏDSİZ EVLƏR PROBLEMİ

28.05.2017, 15:15

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

28.05.2017, 14:32

Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...

ARXİV